Maradona qızlarını məhkəməyə verəcək

Keçmiş argentinalı futbolçu Dieqo Maradona oğurluqda ittiham etdiyi qızları Dalma və Caninnanı məhkəməyə verəcək.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, qızlar D. Maradonanın xəbəri olmadan onun Uruqvaydakı bank hesabından 1,45 milyon funt-sterlinq köçürüblər. 56 yaşlı argentinalı məhkəmədə iddia qaldırmaq üçün hüquqşünaslara sənədləri hazırlamağı tapşırıb.

Bildirilir ki, bu işdə Dalma və Caninnanın anası olan D. Maradonanın keçmiş həyat yoldaşı Klaudiya Vilyafanenin əli ola bilər. Keçmiş futbolçu K. Vilyafaneni 2015-ci ildə ondan 9 milyon dollar oğurlamaqda ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top