Tramp keçmiş arvadına Çexiyada səfir olmağı təklif edib

ABŞ Prezidenti Donald Tramp keçmiş həyat yoldaşı İvana Trampa Çexiyada səfir olmağı təklif edib.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, lakin İ. Tramp keçmiş ərinin təklifini qəbul etməyib. O, qərarını ABŞ-da ideal həyat qurması ilə izah edib: “Mənə Çexiyada amerikalı səfir olmağı təklif etdilər. Donald mənə dedi ki, İvana, əgər bunu istəyirsənsə, bunu sənə verəcəm. Lakin nəyə görə mən qışda Mayami, yayda Sen Trope, payız və yazda Nyu-Yorkla vidalaşmalayım?”.

Xatırladaq ki, İ. Tramp ABŞ Prezidentinin ilk həyat yoldaşı olub. Onlar 1977-ci ildə evləniblər, 1992-ci ildə isə boşanıblar. İ. Tramp Çexoslovakiyada anadan olub və böyüyüb. O, D. Trampın 5 uşağından 3-ünün anasıdır – Donald, Erik və İvanka.

DİGƏR XƏBƏRLƏR

Top