"Azərbaycanda doğulanlar arasında cins nisbəti pozulur"

Ölkəmizdə abort hallarının qarşısını almaq üçün müxtəlif inzibati və maarifləndirmə tədbirləri həyata keçirilir. Lakin bütün bunlara baxmayaraq, hələ də abort aktual problem olaraq qalır. Bunun nəticəsidir ki, Azərbaycanda doğulanların cins strukturunda oğlan uşaqlarının qız uşaqlarına nisbətən artımı, cins nisbətinin pozulması müşahidə edilir.

Ekspertlərin fikrincə, doğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə davamlı demoqrafik inkişafa mənfi təsir göstərə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeniavaz.com" saytına bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinin müsbət nəticəsi olaraq doğulan qız və oğlan uşaqları arasında say fərqinin tədricən azalmaqda müşahidə olunub: "Hazırda Azərbaycanda gender bərabərliyinin təmin olunması yönündə fəal dövlət siyasəti aparılır. Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır.

O da bildirilib ki, doğulanlar arasında cins nisbətinin aradan qaldırılmasına yönələn Fəaliyyət Planının hazırlanması da diqqətdə saxlanır: "Fəaliyyət Planının hazırlanması ilə bağlı beynəlxalq ekspert artıq müəyyən olunub və artıq cari ilin sonuna qədər həmin Planın ilkin layihəsinin hazırlanaraq təqdim olunması nəzərdə tutulur".

Qeyd edək ki, hər il 11 oktyabr dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top