Güclü külək dünyanın ən iri təyyarəsinin pilotlarını çətin vəziyyətə saldı - VİDEO


Almaniyanın Düsseldorf şəhərinin hava limanında Emirates şirkətinə məxsus Airbus A380 sərnişin təyyarəsi sərt eniş edib. Hadisənin görüntüləri YouTube portalında yerləşdirilib. Dubay-Düsseldorf reysini həyata keçirən təyyarə güclü külək səbəbindən uçuş-eniş zolağına uğurla enə bilməyib. Pilotlar çətinliklə 300 tonluq hava gəmisini qəzadan yayındırıblar. Airbus A380 — dünyanın ən iri sərnişin təyyarəsidir. Təyyarə 850 sərnişin tutumuna malikdir. Oxu.az

Təyyarə

DİGƏR XƏBƏRLƏR

Top