Qazaxda iribuynuzlu heyvanlar yoxa çıxıb - VİDEO

Qazaxda iribuynuzlu heyvanlar örüş sahəsindən yoxa çıxıb. Hadisə Qazaxın Fərəhli kəndində baş verib. Sakinlərin sözlərinə görə, ayın əvvəlində yağıntılı havada mal-qara qısa müddət ərzində nəzarətsiz qalıb və elə həmin vaxt 6 baş iribuynuzlu heyvan yoxa çıxıb. Sakinlər bildirirlər ki, bu, həmin ərazidə baş verən 2-ci belə hadisədir. Son bir ay ərzində ümumilikdə 14 baş heyvan yoxa çıxıb. Zərərçəkənlər məsələ ilə bağlı Qazax rayon Polis Şöbəsinə müraciət ediblər. Şöbədən bildirilib ki, otlaq sahəsi təmas xəttinə yaxın yerləşdiyi üçün heyvanların erməni tərəfinə keçdiyi ehtimal edilir. Sakinlər isə deyirlər ki, qoşunların təmas xətti minalanmış sahədir və mal-qaranın həmin ərazidən keçməsi mümkünsüzdür. Məsələ ilə bağlı Qazax Polis Şöbəsindən münasibət öyrənməyə çalışsaq da, suallarımızı cavablandıran tapılmadı. Ötən ay Gədəbəydə də oxşar hadisələr yaşanıb. Orada da polis heyvanların oğurlandığını deyil, Ermənistan tərəfə keçdiyi ehtimalını irəli sürmüşdü.


Cəlilabadda isə evdən oğurluq edilib. Hadisə rayonun Vuqar Niftullayev küçəsində, Alxas Məmmədova məxsus evdə baş verib. Xeyli müddətdir ki, Bakıda yaşayan ev sahibi yaxın günlərdə evə gəldikdə qapının üzərindəki qıfılın sındırıldığını görüb. Şkafa baxdıqda isə məlum olub ki, əşyalar oğurlanıb. Ev sahibinə ümumilikdə 3 min manatdan çox ziyan dəyib. Zərərçəkənin sözlərinə görə, bundan əvvəl də evdən oğurluq etmək məqsədilə zirzəmidəki pəncərə sıdırılıb. Lakin oradan evə giriş olmadığı üçün oğrular istəklərinə nail ola bilməyiblər. Faktla bağlı polisə də məlumat verilib, araşdırma aparılır.Xezerxeber

Malqara

DİGƏR XƏBƏRLƏR

Top