Kataloniyadakı referendumun yekun nəticələri açıqlandı

Kataloniya hökuməti oktyabrın 1-də keçirilmiş müstəqillik haqqında referendumun yekun nəticələrini açıqlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səsvermədə seçici fəallığı 43,03 faiz təşkil edib. Referendumda səs vermək hüququ olan 5,3 milyon nəfərdən 2 milyon 286 min 217 nəfəri iştirak edib. Seçicilərin 90,18 faizi (2 milyon 44 min 38 nəfər) Kataloniyanın müstəqil dövlət olmasının lehinə səs verib. 7,83 faiz seçici isə (177,547 nəfər) bölgənin İspaniyanın tərkibində qalmasını dəstəkləyib. Seçicilərin 1,98 faizi boş bülletenləri seçki qutusuna atıb.

DİGƏR XƏBƏRLƏR

Top