TAP-ın Albaniya üzrə baş direktoru vəzifədən kənarlaşdırılıb


“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya üzrə baş direktoru Şkelqim Bozqo vəzifədən kənarlaşdırılıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. TAP-ın icraçı direktoru Luka Şipati deyib: “TAP-ın Albaniya üzrə baş direktoru kimi TAP-a verdiyi böyük töhfəyə görə Şkelqim Bozqoya təşəkkür edirəm. Layihə üzrə Albaniyada çalışan 2000-dən çox işçi ilə TAP bu ölkənin qaz bazarının inkişafına dəstək verməyə davam edəcək. Biz layihə ilə bağlı yekun mərhələyə daxil oluruq. Bizim prioritetimiz 2020-ci ildə “Şahdəniz-2” layihəsi üzrə ilk qazın qəbuluna nail olmaqdır. TAP-ın Albaniya üzrə baş direktoru postuna təyinat hələ ki olunmayıb və buraya müvəqqəti olaraq TAP AG şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres rəhbərlik edəcək”.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 57 faizi icra edilib. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib.AZƏRTAC

DİGƏR XƏBƏRLƏR

Top