Həmsədrlər Sarkisyanla prezidentlərin görüşünü müzakirə ediblər


Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin irəli aparılması, o cümlədən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili imkanlarını müzakirə edib, münaqişə zonasındakı vəziyyətə toxunublar. Görüşdə münaqişənin sülh yolu ilə həlli istiqamətində götürülmüş öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top