“Fitch”: Rusiyada bankların sayı 2 dəfə azalacaq

Yaxın 4 il ərzində Rusiyada bankların sayı 600-dən 300-dək azalacaq.

“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Bildirilir ki, azalma bank sektorunda təmizləmələr və birləşmələrin güclənməsinə hesabına baş verəcək. Agentliyin qiymətləndirməsinə görə, Rusiya iqtisadiyyatına xidmət göstərmək üçün 50 kredit təşkilatı da kifayət edir. Ekspertlər hesab edirlər ki, dövlət banklarının hökmranlığının güclənməsi sektorun dövlətdən asılılığını artıra bilər.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2013-cü ildə maliyyə sektorunun fəal sağlamlaşdırılmasına başlayıb. 1 sentyabr 2017-ci il tarixinə olan vəziyyətə görə, 346 kredit təşkilatı bank fəaliyyəti aparmaq hüququndan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top