Şou-biznes nümayəndələri hansı universitetləri bitiriblər? SİYAHI

Bakıda keçirilən "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda millət vəkili, dilçi alim Nizami Cəfərov əksər televiziyalarda müğənnilərin aparıcılıq etməsini tənqid edib: "Efirlərdə aparıcılar ən çox müğənnilərdən seçilir. Bu, estetik baxımdan yaxşıdır. Amma nəzərə alsaq ki, o müğənnilər heç orta məktəbi də yaxşı oxumayıblar... Bir cümlədə beş söz varsa, onun beşini də səhv deyirlər".

"Yeniavaz.com" saytı olaraq mövzunun aktuallığını nəzərə alıb müğənnilərin təhsilini, hansı universiteti bitirmələrini araşdırmağa çalışdıq.

Əməkdar artist Röya Ayxan Bakı şəhəri, Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Universiteti bitirib-bitirməməsi barədə dəqiq məlumat yoxdur.

Əməkdar artist Almaz Ələsgərova 1985-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil alıb.

Xalq artisti Nəzpəri Dostəliyeva 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Əməkdar artist Elza Seyidcahan 1982-1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil alıb.

Müğənni Nadir Qafarzadə Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirib.

Könül Kərimova "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülüb. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bülbül adına orta-ixtisas musiqi məktəbinə dəvət alıb. Azərbaycan Dövlət Musiqi Akademiyasını bitirib.

Xalq artisti Könül Xasıyeva 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbəsi olub. 1986-1991-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olub.

Müğənni Nura Surinin ali təhsilli olduğu bəllidir, ancaq hansı universiteti bitirdiyi bilinmir.

Elariz Məmmədoğlu Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

Zülfiyyə Xanbabayeva 161 nömrəli məktəbi bitirdikdən sonra 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub.

Manaf Ağayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni-Maarif" fakültəsini bitirib.

Elnur Rafiq oğlu Məmmədov.jpg

Elnur Məmmədov 1999-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakültəsinə daxil olub.

Natavan Həbibi ali təhsillidir, ancaq hansı universiteti bitirdiyi məlum deyil.

Xatirə İslam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Xalq artisti Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əməkdar artist Ədalət Şükürovun Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun "Kütləvi tədbirlər rejissoru" fakültəsini bitirdiyi bildirilir.

Əməkdar artist Abbas Bağırov Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə dərs alıb. 1998-ci ildə məktəbi bitirib. Tərtər rayonundakı Maliyyə İqtisad Kollecində təhsil alıb. 2003-2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərs alıb.

Roza Zərgərli yeddi illik musiqi məktəbini dörd ilə bitirib. Musiqi Texnikumunda təhsil almağa başlayıb, buradakı təhsilini fərqlənmə diplomu ilə başa vurub. Musiqi Akademiyasında təhsilini davam etdirib, buradan da vokal ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub. Bundan sonra İncəsənət Universitetində təhsil alıb və 2007-ci ildə buranı rejissorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Müğənni Xatun Əliyeva 2002-ci ildə Tibb Kollecini bitirib. Konservatoriyada vokal dərsləri alıb.

Elariz Məmmədoğlu Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

Rəqsanə İsmayılovanın Rusiya universitetlərinin birində Hüquq fakültəsində təhsil aldığı bildirilir.

Nazim Pişyari (Faytonçu) 1988-91-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb.

Xalq artisti Ağadadaş Ağayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

Xalq artisti Səməd Səmədov Bülbül adına musiqi məktəbinin Skripka sinfini bitirdikdən sonra A. Zeynallı adına Musiqi Məktəbinin Nəzəriyyə sinfinə daxil olub.

Əməkdar artist Tünzalə Ağayeva Tovuzda musiqi məktəbinin piano sinfini bitirib, daha sonra Gəncə şəhərində Qəmbər Hüseynli adına Musiqi Texnikumunun Fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb.

Aşağıdakı müğənnilərin təhsili barədə isə nə saytlarda, nə də "Vikipediyada" hər hansı məlumat yoxdur:

- Vasif Məhərrəmli.

- İradə İbrahimova.

- Elnarə Abdullayeva.

- Rəhim Rəhimli.

- İzzət Bağırov.

- Briliant Dadaşova.

- Mətanət İsgəndərli

- Tacir Şahmalıoğlu.

- Mətanət Əsədova.

- Fədayə Laçın.

- Rüfət Axundov.

- Şəbnəm Tovuzlu.

- Cavanşir Məmmədov.

- Səidə Sultan.

- Xumar Qədimova.

- Aybəniz Haşımova.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top