Portuqaliya yığması səfər matçına hərbi təyyarə ilə uçdu

Futbol üzrə Portuqaliya yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində şənbə günü səfərdə Andorra millisi ilə oynayacağı matça hərbi təyyarə ilə uçub.

“Yeniavaz.com”un “NTVspor” telekanalına istinadən verdiyi məlumata görə, futbolçular oyuna “C-295” tipli hərbi təyyarə ilə yola düşüblər. Buna səbəb Andorra aeroportunun eniş zolağının çox qısa və dar olmasıdır (1,340 x 30 metr). Saat 13:45-də havaya qalxan təyyarə saat 16:00-da Andorra aeroportuna eniş edib.

DİGƏR XƏBƏRLƏR

Top