İcra Hakimiyyətinin əməkdaşlarından itə qarşı vəhşilik - VİDEO


Bakıda itlərin zərərsizləşdirilməsi zamanı xoşagəlməz görüntülər ortaya çıxıb. Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları iti tikanlı məftillə tutmağa çalışıblar. Tikanlı məftil itin başına, ağzına ilişərək, heyvana xəsarət yetirib. Buna baxmayaraq, icra əməkdaşları iti tikanlı məftillə dartaraq, ona qarşı amansızlıq ediblər. Ərazidə bunu görən sıravi vətəndaşlar dəhşətə gəlib, icra işçilərinə öz iradını bildirərək, itə zülüm verməməyi, onu buraxmağı tələb ediblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov bir müddət öncə bildirmişdi ki, onların itləri öldürməsinə icazə yoxdur. Sahibsiz itlər sığınacağa yerləşdirilir. Sığınacaqda itlər baytar müayinəsindən keçir, yemək verilir, vaksinlənirlər. Sahə rəisi hər bir vətəndaşın sahibsiz heyvanlar, itlərlə bağlı günün 24 saatı, +12 5650926/27 nömrəsi ilə əlaqə saxlaya biləcəyini xüsusi vurğulayıb.Oxu.az

İcra vəhşilik

DİGƏR XƏBƏRLƏR

Top