Ötən il silahlı münaqişələrdə ölən uşaqların sayı açıqlanıb

2016-cı ildə bütün dünya üzrə silahlı münaqişələrdə 8 mindən çox uşaq həlak olub və ya zərər çəkib.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Antonio Qutterişin “Uşaqlar və silahlı münaqişələr” adlı illik məruzəsində deyilir. Qeyd edilir ki, ötən il Əfqanıstanda təxminən 3,5 min uşaq həlak olub və ya yaralanıb, bu da həmin ölkə üçün rekord yüksək göstəricidir. Məruzədə bildirilir ki, Somali və Suriyadakı silahlı münaqişələrdə ölən və zərər çəkən uşaqların sayı 2015-ci illə müqayisədə 2 dəfə artıb. BMT-nin məlumatına əsasən, 2016-cı ildə Suriyada 2 min, Somalidə isə 1,3 min uşaq həlak olub və ya zərər çəkib. Daha təqribən 1,3 min uşaq Yəməndəki silahlı münaqişə nəticəsində qurbana çevrilib və ya zərər çəkib.

DİGƏR XƏBƏRLƏR

Top