Sular kəsiləcək - "Azərsu"dan xəbərdarlıq

Bak şəhəri, Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb. Bu barədə "Yeniavaz.com" saytına "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilir ki, bununla əlaqədar 6 oktyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top