Nazir müavini: "Gənclərin sağlamlığı və məşğulluğu diqqət mərkəzində olacaq"

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının hazırlanmasına 100-ə yaxın dövlət qurumu, nazirliklər və beynəlxalq təşkilatlar cəlb olunub".

Bunu proqramın icrasına həsr olunmuş tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, yeni proqramın həyata keçirilməsində bir çox qurumun üzərinə böyük məsuliyyət düşür.

Nazir müavini əlavə edib ki, ötən dövlət proqramına 60 milyona yaxın vəsait xərclənib: "Ötən dövlət proqramı çərçivəsində 675 tədbir keçirilib ki, onlardan 121-i beynəlxalq səviyyəli olub. Orta hesabla 2000-ə yaxın gəncin mübadiləsi aparılıb. Yeni proqram çərçivəsində bu işlərin əhatə dairəsi genişlənəcək. Gənclərin sağlamlığı və məşğulluğu diqqət mərkəzində olacaq". Report

DİGƏR XƏBƏRLƏR

Top