Gədəbəydəki qətlin təfərrüatı: "Gəlinin ailəsi nisbətən AZ CEHİZ VERMİŞDİ..."

Gədəbəydə baş vermiş qətlin təfərrüatı məlum olub.

Hadisə gecə saatlarında rayonun Arıxdam kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Fariz Kamil oğlu Muxtarov keçmiş qaynatasının evinə gələrək orada 2 il əvvəl bışandığı keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək onu qətlə yetirib. Daha sonra isə oradan qaçıb.

Adının açıqlanmasını istəməyən kənd sakini bildirib ki, qətlə yetirilən M.Muxtarovanın ailəsi ilə F.Muxtarovun ailəsi arasında əvvəllər də mübahisə yaranıb: "Farizin ailəsi Mətənatəin valideynlərini tez-tez təhdid edir, onları öldürməklə qorxudurdular. Mətanətin ailəsinin maddi durumu zəif olduğundan qızına nisbətən az cehiz vermişdilər. Buna görə də iki ailə arsında mütamadi mübahisələr yaranırdı".

Kənd sakinlərinin verdiyi məlumata görə, əvvəllər məhkumluq həyatı yaşamış F.Muxtarovun ailəsi kənddə davakarinsanlar kimi tanınıb: "Bir ay əvvəl onun atası və qardaşı Şəmkirdən kəndə işləməyə gələn Telman adlı şəxsi qətlə yetiriblər. Səbəbi isə ot yığan Telmanın əmək haqqını onlardan istəməsi olub. Kamal və digər oğlu Rüstəm Telmanla mübahisə edib sonra onu qətlə yetiriblər. K.Muxtarov və R.Muxtarov tutulub".

Qeyd edək ki, qətlə yetirilən M.Muxtarovanın iki azyaşlı övladı qalıb.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, hazırda hadisəni törədən şəxs polis tərəfindən axtarılır və faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top