SOCAR-ın neft hasilatı 390 min ton azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 3 milyon 101,7 min ton həcmində neft hasil edib. "Yeniavaz.com" SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 11,2% və ya 389,6 min ton azalıb.

Bu ilin avqust ayında isə SOCAR tərəfindən 626,6 min ton neft hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% və ya 9,9 min ton azdır.

DİGƏR XƏBƏRLƏR

Top