Qonaq ev sahibini öldürüb sonra yeyib - DƏHŞƏTLİ QƏTL

Tatarıstanda şizofreniyadan əziyyət çəkən şəxs tanışını öldürdükdən sonra onun bədəninin bir hissəsini yeyib.

Bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 5-də Aksubayev rayonunun Yeni İlderyakovo kəndində 53 yaşlı kişi meyiti tapılıb: "Meyitin boyun və qarın nahiyələrində kəsilmiş yara izləri müəyyən edilib. Şizofreniyadan əziyyət çəkən 40 yaşlı yerli sakin cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb. O, cinayəti törətdiyinin etiraf edib”.

Həmçinin məlumatda göstərilir ki, saxlanılan şəxs mərhumun evinə qonaq gedib və daha sonra onu öldürərək yemək qərarına gəlir. Bu məqsədlə "qonaq" ev yiyəsinə kətillə çoxsaylı zərbələrlə öldürdükdən sonra onun bədən üzvlərinin bir hissəsini yeyir.

Qeyd edək ki, saxlanılan şəxs polisə hadisə haqda özü məlumat verib. Report

DİGƏR XƏBƏRLƏR

Top