AFFA prezidenti Rəşad Sadıqova xatirə hədiyyəsi verib

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyətində sonuncu - 111-ci oyununa çıxan kapitan Rəşad Sadıqova xatirə hədiyyəsi verib.

Assosiasiya rəhbəri 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiyaya qarşı vida matçına çıxan 35 yaşlı müdafiəçiyə yığmanın üzərində 111 yazılmış formasını təqdim edib.

Qeyd edək ki, R.Sadıqov millidə ilk oyununu 2001-ci ildə İsveç yığmasına qarşı keçirib. Report

DİGƏR XƏBƏRLƏR

Top