Qurban Qurbanov: "Regional Liqada 8 komandanın 3 zonada çıxış etməsini qərara aldıq"

“Regional Liqa ilə bağlı müzakirələrimiz oldu. Çox danışdığımızı deməzdim. Çünki hələ iş tamamlanmayıb. Bəzi komandalarla danışıq olacaq. Yeni liqada 8 komandanın 3 zonada çıxış etməsini qərara aldıq. Yaxın zamanlarda tam dəqiqləşəcək”.

Bunu “Qarabağ”ın baş məşqçisi və AFFA İcariyyə Komitəsinin üzvü Qurban Qurbanov bu gün baş tutan iclasdan sonra deyib.

O, bildirib ki, iclasda dopinqlə bağlı da müzakirə aparılıb: “Premyer Liqada dopinq-testlər götürüləcək. Həmçinin aşağı yaş qrup komandalarına diqqətin artırılması ilə bağlı müəyyən söhbətimiz oldu. Limit məsələsini müzakirə etmədik”.

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası bu gün Bakı Olimpiya Stadionunda baş tutub. Report

DİGƏR XƏBƏRLƏR

Top