Pakistanda məbəddə partlayış törədilib - ÖLƏN VƏ YARALANANLAR VAR YENİLƏNİB

Pakistanın Bəlucistan əyalətində intiharçı-kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 22 nəfərə çatıb.

Bu barədə "Geo TV" telekanalı polisə istinadən məlumat yayıb.

***19:12

Pakistanın Bəlucistan əyalətində kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə "Geo TV" yerli televiziya kanalı xəbər verir.

Hadisə Chal-Maqsi şəhəri yaxınlığında baş verib.

Bildirilir ki, məbədə daxil omaq istəyən kamikadze polislər onu saxlamaq istədiyi an partlayıcı qurğunu işə salıb.

Telekanalın verdiyi məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında ən azı iki polis var.

Heç bir qruplaşma hələ ki, hadisəyə görə məsuliyyəti öz boynuna götürməyib. Report

DİGƏR XƏBƏRLƏR

Top