Ərdoğan: Hava məkanları və sərhədləri bağlanacaq

Bəziləri (Məsud Bərzani) uşaqlıq xəyallarını həyata keçirəcək deyə bölgəmizin və ölkəmizin təhlükəyə atılmasına icazə verməyəcəyik.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu, quru xəyaldır və referendum deyilən hadisə bir səbəbdir, ancaq nəticə deyil: “Nəticə bundan sonra olacaq. İş qurtarmayıb. Sadəcə başlayıb. Bir tərəfində İran, şimalında Türkiyə, cənubunda İraq hakimiyyəti, qərbində isə Suriya var. Nə edəcəksən? Hara gedəcəksən? Necə çıxacaqsan? Bütün hava məkanları da bağlanacaq. Yaxın zamanda sərhədlər də bağlanacaq. Giriş-çıxışı necə həyata keçirəcəksən?”.

Prezident qeyd edib ki, Türkiyənin İraq Kürdüstan Regional Hökumətinin referendum qərarına qarşı verdiyi reaksiyanın nə kürdlərlə, nə də kürdlüklə əlaqəsi yoxdur: “Bizim reaksiyamız İraqın birliyinə və bütövlüyünə ehtiyac olduğu dövrdə ölkəmizlə məsləhətləşmədən bu cür təşəbbüs göstərməyə yönəlib”.

DİGƏR XƏBƏRLƏR

Top