NATO Əfqanıstana daha 1000 hərbçi göndərir


ABŞ NATO-nun "Qətiyyətli dəstək" missiyasını gücləndirmək üçün alyansdan Əfqanıstana daha 1000 hərbçi göndərməyi xahiş edib. TASS xəbər verir ki, bu barədə ölkənin NATO-dakı yeni daimi nümayəndəsi Key Beyli Hatçinson bildirib. "ABŞ-ın yeni strategiyası çərçivəsində Əfqanıstanda missiyanı gücləndirmək üçün hərbçilərin ümumi sayı 3 min ABŞ əsgəri və təxminən, min NATO hərbçisi olmalıdır", - daimi nümayəndə vurğulayıb. "Qətiyyətli dəstək" əməliyyatı NATO-nun Əfqanıstan hökuməti qüvvələrinə təlim keçmək və kömək etmək üzrə qeyri-döyüş missiyasıdır.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top