Makron kürdlərlə İraq hökuməti arasında vasitəçi olmaq istəyir

Fransa prezidenti Emmanuel Makron rəsmi Bağdadla İraq Kürdüstanı arasında vasitəçi olmağa hazırdı. Xarici KİV xəbər verir ki, o bu barədə İraqın baş naziri Heydər əl-Abadi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. “Əgər İraq hökuməti istəyirsə, Fransa Bağdad və Ərbil arasında vasitəçi olmağa hazırdı”. Bundan əvvəl, BMT-də müstəqillik elan edən Kürdüstanla rəsmi Bağdad arasında vasitəçilik missiyasını təklif etmişdi.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top