Rusiyada “donuz” qripi aşkarlandı

Rusiyanın cənub regionlarının birində yeni mövsümdə ilk dəfə olaraq H1N1 qripinə yoluxma halı qeydə alınıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova deyib. Onun sözlərinə görə, “donuz” qripi 4 nəfərdən ibarət ailədə aşkarlanıb: “Yetkin qadın, iki kiçikyaşlı uşaq və onun hamilə qızı ailənin üzvləridir”. A. Popova qeyd edib ki, xəstələnmiş yaşlı nəslin qadını bu yaxınlarda Səudiyyə Ərəbistanından qayıdıb: “Vəziyyət əmin-amanlıqla lokallaşdırılıb, bütün xəstələr tədricən sağalır. H1N1 virusunun artımı Çində və cənub yarımkürəsində müşahidə olunur”.

DİGƏR XƏBƏRLƏR

Top