Ərəblərin ilk peyki gələn il buraxılacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz istehsalı olan Yerin ilk süni peykini 2018-ci ilin yayında orbitə buraxmağı planlaşdırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasir əl-Ahbabi deyib. Onun sözlərinə görə, BƏƏ gələn il fotoçəkiliş üçün yerli mühəndəslərin hazırldağı “Khalifa-Sat” peykini buraxacaq: “Ölkəmiz peyklərin istehsalı üçün digər ölkələrlə, o cümlədən Cənubi Koreya ilə əməkdaşlıq edib. Ora mühəndisizlərimizi öyrənmək üçün beş il müddətinə göndərdik. BƏƏ-nin ilk peyki Koreyada düzəldilib, ikinci peyk “DubaiSat”ın yarısı isə ölkəmizdə qurulub. Daha bir “Yahsat” peykimiz 2018-cu ilin yayında buraxılacaq və o, Cənubi Amerikanı da əhatə edəcək. Digər tərəfdən, üç il ərzində daha altı peyk hazırlanmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top