Avrokomissar: Müstəqil Kataloniya Aİ-nin üzvü olmayacaq

Avropa İttifaqı (Aİ) təşkilatın üzvü qismində yalnız İspaniyanı tanıyır və əgər Kataloniya müstəqil olarsa, o, ittifaqda üzvlük almayacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İqtisadiyyat və maliyyə üzrə avrokomissar Pyer Moskovisi deyib. Onun sözlərinə görə, hələlik Kataloniyanın müstəqilliyini siyasi fantastikaya aid etmək olar: “Biz fantastika aləmindəyik, çünki əslində heç bir müstəqil Katakoniya yoxdur”. P. Moskovisi qeyd edib ki, böhranın həllini ispanların özü tapmalıdırlar və onun ən yaxşı həll yolu dialoqdur”.

DİGƏR XƏBƏRLƏR

Top