Əbülfəz Elçibəyin müşaviri vəfat edib

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri, Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl dünyasını dəyişib. Bu barədə onun oğlu Toğrul İsmayıl məlumat verib. R.İsmayıl uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.

Qeyd edək ki, İsmayılov Rafiq İsmayıl oğlu 1939- cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olub. 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə dövlət müşaviri işləyib.

DİGƏR XƏBƏRLƏR

Top