Ərdoğan: Neftin qiymətinin bahalaşması Rusiya üçün daha yaxşı olar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin İraqın kürd muxtariyyətinə qarşı neft embarqosunun tətbiq ediləcəyi təqdirdə neftin qiymətinin artacağına dair sözlərini şərh edib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, R.T. Ərdoğan İran səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib ki, neftin qiymətinin bahalaşması Rusiya üçün daha yaxşı olar. O bildirib: “Cənab Putin neftin qiymətinin artmasını istəmirmi? O zarafat edib. Bölgədə onun (neft vintlərinin bağlanması) qərarını verən olacaqsa, onu bizlər verəcəyik. Türkiyə, İran və İraq mərkəzi hökuməti birlikdə qərar verəcək”.

Xatırladaq ki, ötən gün V. Putin Rusiya Energetika Həftəsində kürd muxtariyyətindən neft tədarüklərinin dayandırılacağı təqdirdə nə olacağına dair sualı cavablandırarkən bildirib: “Qlobal enerji bazarlarına təsir edəcək, qiymətlər yüksələcək. Lakin zənnimcə, bunda maraqlı olanlar azlıq təşkil edir, buna görə də real həyatda nə baş verəcəyinə diqqətlə baxmaq lazımdır və istənilən təkliflər vəziyyəti təhrik etməməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top