Anar Allahverənovun tanış polisi işdən azad edildi

Rusiyanın Xabarovsk diyarında azərbaycanlı idmançı Anar Allahverənovun pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu döyərək öldürdüyü zaman cinayətin qarşısını almaqda hərəkətsiz qalmış polis işdən azad olunub. “Yeniavaz.com”un “Rambler” portalına istinadən verdiyi məlumata görə, dava zamanı qətldə şübhəli bilinən qarışıq döyüş növləri üzrə idmançı A. Allahverənovun dəstəsi arasında onun tanışı post-patrul xidmətinin əməkdaşı, kiçik serjant da olub. Həmin kiçik serjant mənfi motivlər əsasında işdən azad edilib. Bundan başqa, onun rəhbərlərinə qarşı ən ciddi tədbirlər görüləcək. Xatırladaq ki, avqustun 20-də Xabarovskın mərkəzindəki “Qalareya” kafesinin qarşısında A. Allahverənov və A. Draçov arasında dava düşüb. 32 yaşlı A. Draçov bir neçə zərbə alaraq huşunu itirib. O, sonradan xəstəxanada dünyasını dəyişib. A. Allahverənov hadisədən sonra gizlənsə də, sonradan könüllü olaraq polisə təslim olub. Müstəntiqlər dava üzrə Rusiya Qvardiyasının iki əməkdaşına qarşı səhlənkarlığa dair iş açıblar.

DİGƏR XƏBƏRLƏR

Top