BTC kəməri ilə 492 min ton Türkmənistan nefti nəql olunub

Bu ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. "Yeniavaz.com" Dövlət Neft Şirkətindən (SOCAR) açıqlanan məlumata istinadən bildirir ki, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.

DİGƏR XƏBƏRLƏR

Top