Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na qəbul elan etdi


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir. Müdafiə Nazirliyinin saytının məlumatına görə, Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan “Ehtiyat zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ehtiyatda olan hərbi vəzifəlilər qəbul olunurlar.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər noyabrın 13-dən 29-dək Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək sənədləri təqdim etməlidirlər.

Məhkumluğu olan, əvvəllər müqavilə əsasında könüllü həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top