“Atletiko” kataloniyalı azarkeşləri stadiona buraxmayacaq

İspaniya La Liqasında 14 oktyabrda keçiriləcək “Atletiko” - “Barselona” matçı öncəsi Madrid təmsilçisi gözlənilməz qərar alıb. Xarici KİV xəbər verir ki, klub rəhbərliyi “Barselona” azarkeşləri üçün nəzərdə tutulan biletlərin satışa çıxarılmayacağını açıqlayıb. Səbəb olaraq klubun yeni stadionu “Vanda Metropolitano” istiqamətində nəqliyyat problem göstərilib.

Qeyd edək ki, 1 oktyabrda Kataloniyada referendum keçirildikdən sonra ölkədə bir çox sahədə olduğu kimi, idmanda da böhran yaşanmağa başlayıb. Belə ki, Kataloniya təmsilçisi “Barselona”nın La Liqadan çıxma ehtimalı var.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top