Las Veqas canisi son bir ildə 33 silah alıbmış

ABŞ-ın Las Veqas şəhərində qətliam törədən amerikalı Stiven Peddok son il ərzində 33 ədəd silah alıb, lakin bu, hakimiyyətin şübhələnməsinə səbəb olmayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Alkoqollu içkilər, tütün məmulatları və silah satışına nəzarət bürosundan deyiblər. Büronun nümayəndəsi Cill Snayder bildirib ki, cinayətkar 2016-cı ilin oktyabrından 2017-ci il sentyabrın 28-dək 33 ədəd silah əldə edib, onların çoxu tüfəng olub: “ABŞ-da bir nəfər tərəfindən müxtəlif vaxtlarda xeyli sayda tüfəng alınması halında nəzarət orqanınlarına bildiriş göndərməyi nəzərdə tutan federal qanun yoxdur. Bizi ancaq birdəfəmə bir neçə ədəd odlu silahın bir nəfərə satışı halında xəbərdar edirlər, bu, iki və daha çox tapança da ola bilər. Peddokun təxminən 50 ədəd müxtəlif növ silahı olub. Onlardan 12 tüfəngə avtomatik atəş açmağa imkan verən mexanizmlər quraşdırılıb. Bu cür uyğunlaşdırma ABŞ-da leqaldır”.

DİGƏR XƏBƏRLƏR

Top