
Milli Məclisin deputatı Çingiz Qənizadənin keçmiş həmkarı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi məhkəmə iclasının vaxtı açıqlanıb. Sabunçu Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrın 6-na təyin edilib. İşə hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib. report
Tətbiqimizi yükləyə bilərsiniz