Berezovskinin atılmış qəbri görənləri dəhşətə gətirdi

Rusiyalı mərhum milyonçu Boris Berezovskinin Londonun yaxınlığındakı qəbiristanlıqda yerləşən məzarı baxımsızlığı ilə görənləri dəhşətə gətirib. Qəbrin şəklini özünün “İnstagram” səhifəsində məşhur jurnalist Aleksey Venediktov paylaşıb. “Ölümündən 4 il sonra Boris Berezovskinin qəbri bu vəziyyətdədir”, - “Exo Moskvı” radiosunun baş redaktoru yazıb.

Xatırladaq ki, Berezovski 2000-ci ildə Rusiyadan İngiltərəyə mühacirət edib. O, 2013-cü ilin mart ayının 23-də evinin hamam otağında ölü tapılıb. 67 yaşlı intihar etmiş iş adamı həmin vaxt 800 milyon dollara sahib idi. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top