Səudiyyə Ərəbistanında qadın sürücünün iştirakı ilə ilk qəza törədildi

Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə icazə verilməsindən sonra bir qadın sürücünün iştirakı ilə ilk yol qəzası baş verib. “Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb. Adı açıqlanmayan səudiyyəli qadın ötən bazar ertəsi Məkkə ilə Ciddə arasında avtomobili idarə edərkən qəza törədib. Qadın sürücülük vəsiqəsi almaq məqsədilə qanunları pozaraq yolda avtomobil idarə edib və yanında rəfiqəsi olub. Qəza zamanı qadın sürücü ağır yaralanıb, onun rəfiqəsi isə həlak olub. Qadın sürücünün vəkili Yaqub əl-Mutair bildirib ki, ölkədə qadınların avtomobil idarə etməsinə yönəlmiş qanun hələ qüvvəyə minməyib: “Qanun 2018-ci ilin iyununda qüvvəyə minəcək. Müvəkkilim qanunları pozub. Bir çox qadın qanunlara zidd olaraq sürücülük təlimlərindən keçirilər”.

DİGƏR XƏBƏRLƏR

Top