"Azəristiliktəchizat" borclarına aydınlıq gətirdi

"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə olan borcu ötən illərdən yığılıb qalmış debitor borclardır. Müraciət daxil olduqda, ilk növbədə borcu olmayan qazanxanalara qazın verilişi təmin olunacaq”. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Report-un müvafiq sorğusuna cavabda bildirilib.

Qeyd olunub ki, “Azəriqaz” yaranmış borcun ödənilməsi ilə əlaqədar "Azəristiliktəchizat" ASC-yə bu gün də yazılı müraciətlər edir. “Çalışırıq ki, isitmə mövsümü başlayana kimi bütün problemlər öz həllini tapsın. “Azəriqaz”ın aldığı təbii qaz üçün ödəniş etdiyini, həmçinin aldığı təbii qazın satışını və paylanmasını həyata keçirən qurum olduğunu nəzərə alsaq, debitor borcların ödənilməsinin nə qədər vacib olduğunu görərik. Çünki satılan təbii qazdan gələn gəlir işçilərin əməkhaqlarının ödənilməsi, qazpaylayıcı şəbəkədə təmir işlərinin aparılması və qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılmasına yönəldilir”, - deyə qurumdan əlavə olunub. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top