İŞİD-ə qoşulan iki azərbaycanlıya hökm oxundu

İŞİD terror təşkilatına qoşulmaqda təqsirləndirilərək Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayət Məhkəməsində Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi hakim Rahib Salmanovun sədrliyi ilə baş tutub.

Prosesdə hər iki şəxsə hökm oxunub. Hökmə əsasən R.Qasımov 11, A.Qəhrəmanov isə 10 il müddətinə azaflıqdan məhrum ediliblər.

Bildirək ki, prokuror çıxışında A.Qəhrəmanovun 11 il, R.Qasımovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Hər iki İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top