Moskva YUNESKO-nun baş direktoru vəzifəsinə Azərbaycanın namizədi Polad Bülbüloğlunu dəstəkləyir.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. Onun sözlərinə görə, seçkilər bazar ertəsi keçiriləcək, çox güman ki, bir neçə tur olacaq: “Bizim prioritetimiz Azərbaycan olmaqda qalır, sonra isə vəziyyətə baxacağıq”.
Qeyd edək ki, P. Bülbüloğlu hazırda Azərbaycanın Rusiyadakı səfiridir.