Ruhani: Türkiyə və İran ikitərəfli ticarəti milli valyutalarda aparacaqlar

İkitərəfli görüşdə çox önəmli qərarlar qəbul etdik.

“Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Tehranda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə və İran regionda sabitlik üçün önəmlidir: “Son dövrlər Türkiyə ilə əlaqələrimiz inkişaf edir. İki ölkə bir-birilə ticarəti milli pul vahidləri ilə keçirəcək”.

H. Ruhani qeyd edib ki, iki ölkə arasında səyahəti asanlaşdırmaq məqsədilə gömrük məsələlərini həll etmək üçün üç gömrük keçid məntəqəsinin 24 saat işləməsində razılığa gəldik. İki keçid məntəqəsi sabahdan etibarən 24 saat işləməyə başlayacaq”. İranlı lider əlavə edib ki, tərəflər arasında illik ticarət həcminin 30 milyard dollara çatdırılması qarşıya məqsəd olaraq qoyulub. Türkiyə İrandan daha çox təbii qaz alacağını bəyan etdi. İran tərəfi Türkiyədən bu məsələdə sərmayələr qoymasını istədi. Türkiyə də buna hazır olduğunu bildirdi”.

O diqqətə çatdırıb: “Ən əsas məqsədimiz bölgədə sülhü bərqərar etməkdir. İraq və Suriyanın ərazi bütövlüklərini dəstəkləyirik. Məzhəb ayrıseçkiliği əcnəbilərin bölgədəki planlarıdır. Terrorun haradan gəlməsindən asılı olmayaraq, iki ölkə onunla mübarizə aparacaq”.

DİGƏR XƏBƏRLƏR

Top