DÇ-2018-in himni bu müğənniyə tapşırıldı

FIFA gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının rəsmi himninin yazılması üçün kolumbiyalı müğənni Maluma ilə əlaqə saxlayıb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, müğənni FIFA-nın təklifinə müsbət cavab verib. 23 yaşlı Maluma “Sony Music” şirkətinin nümayəndələri ilə artıq görüşüb və 24 musiqiçi ilə birlikdə mahnı üzərində işləyəcək. DÇ-2018-in himni ola bilsin ki, puerto-rikolu musiqiçi Bed Banni ilə duet şəklində oxunsun. Mahnının dekabradək hazır olması gözlənilir.

Qeyd edək ki, Maluma Latın Amerikasında ən populyar müğənnilərdən biridir. O, Şakiradan sonra Dünya çempionatının himnini yazan ikinci kolumbiyalı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top