Kimya üzrə Nobel mükafatçıları bəlli oldu

2017-ci il üzrə kimya sahəsində Nobel mükafatı isveçrəli Jak Debuşi, amerikalı Yoahim Frank və Böyük Britaniya təmsilçisi Riçard Hendersona verilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İsveç Kral Elmlər Akademiyasından deyiblər. Alimlər məhlulda yüksək həll olunan molekul strukturunun müəyyənləşdirilməsi üçün krioelektron mikroskopiyanın işlənməsinə görə mükafata layiq görülüblər. Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 10-da keçiriləcək. Bu il Nobel mükafatının məbləği 1,1 milyon dollardır. Ötən il kimya üzrə mükafatı fransız Jan-Pyer Sovaj, hollandiyalı Bernard Ferinqa və amerikalı Ceyms Freyzer Stoddart alıblar. Onlar molekulyar maşınların işlənməsi və yaradılmasına görə mükafata layiq görülüblər.

DİGƏR XƏBƏRLƏR

Top