Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana gedib. Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə regional məsələlərə dair müzakirələr aparacaq. Türkiyə mediasının məlumatına görə, görüşdə İraqın Kürdüstan vilayətində keçirilən referendum da müzakirə mövzusu olacaq. Qeyd edək ki, hər iki ölkə referendumun nəticələrini tanımayacağını bəyan edib.