
Rusiya Kənd Təsərrüfatı Nazirliyi ildə 50 min tondan artıq olmamaqla türk pomidorlarının ölkəyə buraxılmasını təklif edir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin təklifi 50 min tondan çox olmamasından yanadır. A. Dvorkoviç qeyd edib ki, qərar 2018-ci ilin əvvəlindən tez qəbul edilməyəcək. Xatırladaq ki, Rusiya 1 yanvar 2016-cı il tarixində Türkiyədən bir sıra kənd təsərrüfatı məhsullarının tədarükünü məhdudlaşdırmışdı. Türk qırıcıları 2015-ci ilin noyabrında Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsini vurduqdan sonra Moskva bu cür qərar qəbul etmişdi. Hazırda demək olar bütün məhdudiyyətlər götürülüb, lakin pomidorların gətirilməsinə qoyulmuş qadağa qalır.
Tətbiqimizi yükləyə bilərsiniz