Bakıda piyadaları isladan sürücülərin cərimələnməsinə başlanıldı

Yağışlı havada piyadanın üstünü çirkləndirdiyinə görə bir avtomobil sürücüsü inzibatı məsuliyyətə cəlb olunub.

Bu barədə “Qafqazinfo” ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, yağışlı havada avtomobil sürücüləri hərəkət edərkən minimum sürət həddini seçməlidir:

“Xüsusilə sürücülər piyadalara yaxınlaşdıqda elə etməlidirlər ki, çirkli yağış suları onların üst-başını çirkləndirməsin. Artıq 4 piyada bununla bağlı bizə müraciət edib. Həmin vətəndaşların müraciəti əsasında həmin sürücülərdən biri barəsində bu gün səhər saatlarında protokol yazılıb. Belə ki, bu avtomobil sürücüsünün yüksək sürətlə avtomobili idarə etməsi nəticəsində su gölməçəsi vətəndaşın geyimini bulayıb. Bu inzibati xəta tərkibi yaradır və sürücünün məsuliyyətə cəlb edilməsi deməkdir”.

Qeyd edək ki, bu qaydanı pozan sürücüləri 40 AZN cərimə gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top