Bakıda çökən yolla bağlı "Azəravtoyol"dan AÇIQLAMA

“Azəravtoyol” ASC Bakıda magistral yolun çökməsi hadisəsinə münasibət bildirib. Qrumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Yeniavaz.com"a bildirib ki, hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb. Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq.

DİGƏR XƏBƏRLƏR

Top