Bakıda polisin bu hərəkəti marağa səbəb oldu - VİDEO

Bakıda polis əməkdaşı intensiv yağış nəticəsində yolda qalmış sürücülərə kömək edib. Videoda DİN əməkdaşı yolda qalmış avtomobilləri itələyərək, mühərrikinin işləməsinə kömək edib. Hüquq-mühafizə orqanların işçisinin bu cür addımı marağa səbəb olub. Qeyd edək ki, polisin nə qanunvericiliklə, nə də "Polis xidməti haqqınnda" Təlimatla avtomaşınları itələmək və digər bu kimi xidmətlər göstərmək öhdəliyi yoxdur. "Onların işi yolda hərəkətin təşkilini və təhlükəsizliyini təmin etməkdir. Bu videoda gördüyünüz yol polisinin kiçik hərəkəti isə, əslində, böyük ürək sahibi olmasından irəli gəlir. O, yolda avtomobillərin dayanmasının çətinləşdiyini görüb, yolda tıxacın yaranmaması üçün bunu etməyə qərar verib.

Polis hərəkəti

DİGƏR XƏBƏRLƏR

Top