Quba Avtovağzalında sərnişinlərə bilet satılmır - İDDİA

Qubadan Bakıya gələn sərnişinlər avtovağzal rəhbərliyindən narazılıqlarını bildirirlər. Sərnişinlərdən biri iddia edir ki, Quba avtovağzalındakı kassalar sürücülər tərəfindən bağlanıb. Bu isə gediş haqqını süni qaldırmaq üçün edilib. Ona görə də avtobusa bilet almaq əvəzinə hər kəs gediş haqqını sürücüyə verir. Quba avtovağzalının növbə rəisi isə görüntülərdəki şəxsi tanımadığını söylədi. Onun sözlərinə görə, avtovağzalda bu marşrut üzrə belə bir sürücü işləmir: Quba avtovağzalında kassalarda biletlərin satılmadığı iddiası isə əsassızıdır". Müşahidələrimiz isə tam əksini göstərdi. Sərnişinlər kassalardan heç vaxt bilet almadıqlarını, gediş haqqını sürücüyə ödədiklərini bildirdilər. Avtovağzal rəhbərliyi belə bir halın olmadığını, sərnişinlər isə əksini deyir. Qalır bu məsələnin müvafiq qurumlar tərəfindən araşdırlması.KanalEF

DİGƏR XƏBƏRLƏR

Top