İraq Kürd Muxtariyyətində 7 günlük matəm

İraq Kürd Muxtariyyətində keçmiş prezident Cəlal Təlabaninin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. Xarici KİV xəbər verir ki, bu barədə İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani qərar verib. Məsud Bərzani bildirib ki, Cəlal Təlabani kimi bir liderin ölümü böyük itkidir və onun yerini də doldurmaq asan olmayacaq. Qeyd edək ki, 83 yaşında vəfat edən Cəlal Təlabani 2005-2014-cü illərdə İraq prezidenti olub.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top